Student Life

Ailə və ev təhsili şöbəsi tələbələri ilə imtahan qaydalarına dair görüş keçirilib

R
Rahim Süleymanov
23 Dec, 2025 94 views
Ailə və ev təhsili şöbəsi tələbələri ilə imtahan qaydalarına dair görüş keçirilib

2025/2026-cı tədris ilinin qış sessiyasının yaxınlaşması ilə əlaqədar ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində imtahanlara hazırlıq işləri aparılır. Bu çərçivədə kollecin Ailə və ev təhsili şöbəsinin tələbələri ilə imtahan qaydalarına dair müzakirə keçirilmişdir. Görüşdə Ailə v...

2025/2026-cı tədris ilinin qış sessiyasının yaxınlaşması ilə əlaqədar ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində imtahanlara hazırlıq işləri aparılır.
Bu çərçivədə kollecin Ailə və ev təhsili şöbəsinin tələbələri ilə imtahan qaydalarına dair müzakirə keçirilmişdir. Görüşdə Ailə və ev təhsili şöbəsinin müdiri İ. Babayeva və Keyfiyyət təminatı şöbəsinin müdiri E. Budaqova çıxış edərək imtahanların keçirilmə qaydalarını tələbələrə ətraflı şəkildə izah etmiş, onları maraqlandıran sualları cavablandırmışlar.
Görüş tələbələrin imtahan prosesi ilə bağlı məlumatlandırılması və hazırlıq səviyyəsinin artırılması baxımından faydalı olmuşdur.

Share:

R

Author

Rahim Süleymanov

ADPK editorial office