Events

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub

R
Rahim Süleymanov
25 Feb, 2026 77 views
Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat FBK müəllimlərinin təşkilatçılığı, Məktəbəqədər təhsil ixtisası tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş qısa ədəbi- bədii kompozisiya nümayiş etdirilib. Anım tədbirində 19...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecində Azərbaycan dili və ədəbiyyat FBK müəllimlərinin təşkilatçılığı, Məktəbəqədər təhsil ixtisası tələbələrinin iştirakı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş qısa ədəbi- bədii kompozisiya nümayiş etdirilib.
Anım tədbirində 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qətliam haqqında məlumat verilib, bu faciənin çoxəsrlik tariximizin ən qanlı səhifələrindən biri olduğu vurğulanıb. Tələbələr soyqırımına həsr olunmuş şeirlər səsləndirərək faciə qurbanlarının xatirəsini ehtiramla yad ediblər.
Tədbirin məqsədi gənc nəslə tarixi həqiqətləri çatdırmaq, vətənpərvərlik ruhunu gücləndirmək, milli yaddaşı qorumaq olub.

Share:

R

Author

Rahim Süleymanov

ADPK editorial office