Мероприятия

“Uzaq sahillərdə” filminə baxış və müzakirə keçirilib

R
Rahim Süleymanov
19 Nov, 2025 76 просмотров

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı ilə FBK müəllimi tələbələrlə birlikdə “Tariximizin izi” adlı klubun fəaliyyəti çərçivəsində II Dünya müharibəsində iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan b...

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Humanitar fənn birləşmə komissiyasının təşkilatçılığı ilə FBK müəllimi tələbələrlə birlikdə “Tariximizin izi” adlı klubun fəaliyyəti çərçivəsində II Dünya müharibəsində iştirak etmiş Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin döyüş yolundan bəhs edən “Uzaq sahillərdə” filminə baxış keçirib.

Tədbir zamanı filmdə əks olunan hadisələr tələbələrlə ətraflı müzakirə edilib, onların mövzu ilə bağlı fikir və təəssüratları dinlənilib. Tələbələr həmçinin Mehdi Hüseynzadə haqqında araşdırdıqları maraqlı faktları təqdim edərək qəhrəmanın həyat və fəaliyyətinə dair məlumatları paylaşıblar

Поделиться:

R

Автор

Rahim Süleymanov

Редакция ADPK