Kitabxana Haqqında
Kitabxananın əsas fəaliyyət istiqaməti tələbə müəllim kontingentinin informasiya tələbatlarının ödənilməsinə yönəlmişdir. Kollecimizin kitabxanasında hal-hazırda 20.000 ə yaxın azərbaycan, rus və digər xarici dillərdə ədəbiyyat vardır. Ədəbiyyatları əsasən dərsliklər,dərs və metodiki vəsaitlər, proqramlar,yerli və xarici bədii ədəbiyyatlar, dövrü mətbuat və digər məzmunlu nəşrlər təşkil edir. Bundan əlavə bir sıra dərslik və dərs vəsaitlərinin elektron pdf formaları hazırlanaraq elektron kitabxana fonduna daxil edilmişdir və bu elektron kitabxana fondu kollecin saytındakı elektron kitabxana bölməsinə yerləşdirilmişdir ki, bu da oxucularımıza kitabxanaya gəlmədən belə istənilən vaxtı kitabxana fondumuzdan istifadə etmək imkanı yaratmışdır.
Bununla yanaşı oxucularımıza daha səmərəli xidmət göstərmək üçün oxucularımızn elektron oxucu formulyarları yaradılır ki, bu da kitabxanamıza oxucu gəlişinin və kitab dövriyyəsinin daha obyektiv izlənilməsinə şərait yaradacaqdır. Həmçinin iş planımıza uyğun olaraq kitabxana fondumuzda olan ədəbiyytaların elektron kataloqunun yardılması istiqamətində işlərimizi davam etdiririk.