Şöbələr

Kollecin struktur bölmələri

ADPK-nın struktur bölmələri kollecin rəvan fəaliyyətini təmin edir. Hər şöbə öz sahəsinin mütəxəssislərindən ibarətdir və aydın funksiyalara malikdir.

Tədris şöbəsi

Tədris şöbəsi tədris proseslərinin planlaşdırılması, təşkili və monitorinqi, dərs cədvəllərinin və imtahan sessiyalarının idarə olunması, tələbə kontingenti ilə bağlı əmrlərin hazırlanması və tədrislə bağlı statistik məlumatların toplanılması istiqamətlərində fəaliyyət göstərir.

Ətraflı

İnsan resursları şöbəsi

İşçilərin işə qəbulu, sənədləşmə, məzuniyyət planlaması, kadr uçotu və əmək münasibətlərinin tənzimlənməsi.

Ətraflı

Keyfiyyət təminatı şöbəsi

Təhsil müəssisəsində tədris prosesinin keyfiyyətini monitorinq edir, daxili qiymətləndirmə, audit və akkreditasiya işlərini təşkil edir, sorğu və hesabatlar vasitəsilə standartlara uyğun təkmilləşməni təmin edir.

Ətraflı

Mühasibatlıq şöbəsi

Mühasibat uçotunun aparılması, ilkin sənədlərin hazırlanması, əməkhaqqı və vergi hesablamalarının həyata keçirilməsi, maliyyə və statistik hesabatların tərtibi, mal-material və əsas vəsaitlərin uçotuna nəzarət, debitor-kreditor borclarının izlənilməsi, büdcə planlaması, təhsil haqlarının mədaxili, tələbə və əməkdaşlarla bağlı ödəniş əməliyyatlarının icrası və digər müvafiq maliyyə əməliyyatları üzrə fəaliyyət göstərir.

Ətraflı

İKT şöbəsi

İnformasiya-kommunikasiya texnologiyaları infrastrukturunun idarə edilməsi, e-tədris platforması, şəbəkə xidmətləri.

Ətraflı

Təcrübə şöbəsi

Tələbələrin istehsalat və pedaqoji təcrübəsinin təşkili, müəssisələrlə əlaqələndirmə və təcrübə hesabatlarının qiymətləndirilməsi.

Ətraflı

Tədris köməkçi şöbəsi

Ətraflı

Arxiv şöbəsi

Kollecin bütün sənədlərinin arxivləşdirilməsi, saxlanması, rəqəmsallaşdırılması və müvafiq normalar çərçivəsində verilməsi.

Ətraflı

Təsərrüfat şöbəsi

Şöbə kollecin maddi-texniki bazasının qorunmasını, təchizatını, müasir standartlara uyğun yenidən qurulmasını və satınalmaların təyinatı üzrə istifadəsini təmin edir. Kollecin balansındakı daşınan və daşınmaz əmlaka cavabdehdir. Əməyin mühafizəsi, yanğından mühafizə və təxliyə planları üzrə tələblərə əməl olunmasına nəzarət edir.

Ətraflı

Mülki müdafiə və əməyin mühafizəsi xidməti

Mülki müdafiə şöbəsi kollecdə fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması və işçilərin həyat və sağlamlığının qorunması üzrə tədbirləri təşkil edən struktur bölmədir. Əməyin mühafizəsi şöbəsi kollecdə işçilərin həyatının, sağlamlığının və əmək prosesinin təhlükəsizliyinin təmin edilməsinə nəzarət edən əsas struktur bölmələrindən biridir.

Ətraflı

Struktur Sxemi

Kollecin tam təşkilati struktur sxemini PDF formatında yükləmək üçün aşağıdakı düyməyə klikləyin.

Struktur sxemini yüklə